Azərbaycanda bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları ödənişsiz əldə edəcəklər

Azərbaycanda bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları ödənişsiz əldə edəcəklər “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa dəyişiklik təklif edilir
Daxili siyasət
11 Aprel , 2017 12:07
Azərbaycanda bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları ödənişsiz əldə edəcəklər

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyesterindən elektron informasiya sistemləri vasitəsilə ödənişsiz əldə edəcəklər.
“Report”un xəbərinə görə, bununla bağlı “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasəsən, qanunun 5.4-cü maddəsi yeni redaksiyada verilir. Yəni, bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri və ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyesterindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir.

Bundan başqa, maddənin 5.3-cü maddəsi ləğv edilir. Bu, tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədi ilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalar əsasında müəyyənləşdirilirdi.

Son xəbərlər

Orphus sistemi