Azərbaycanda Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq

Azərbaycanda Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq Milli Məclis Bakı və Gəncə Apellyasiya məhkəmələrinin səlahiyyət müddəti bitən hakimlərinin təyinatı məsələsinə baxacaq
Daxili siyasət
17 Oktyabr , 2015 11:20
Azərbaycanda Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı və Gəncə Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq. 

"Report" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının sonuncu plenar iclasında müzakirə olunacaq. 

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Namiq Cəfərov, Sənan Hacıyev və Abidin Hüseynovun və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azad Bayramovun səlahiyyət müddəti oktyabrın 26-da başa çatır. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi səlahiyyət müddəti bitən hakimlərin yenidən təyin edilməsi məsələsini müzakirə edib və məsələ parlamentin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi