Azərbaycanda amnistiya aktının icrası başa çatıb

Azərbaycanda amnistiya aktının icrası başa çatıb Bu müddət ərzində 3 500 nəfər məhkum azadlığa buraxılıb
Daxili siyasət
18 Oktyabr , 2016 15:48
Azərbaycanda amnistiya aktının icrası başa çatıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasında 28 May - Respublika Günü münasibəti ilə qəbul olunan amnistiya aktının icrası başa çatıb.

"Report"un xəbərinə görə, 10 min nəfəri əhatə edən amnistiya aktı ilə 3 500 nəfər məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, amnistiya aktı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub. Amnistiya aktının icra müddəti 4 ay olub, iyunun 15-dən oktyabrın 15-dək davam edib.

Son xəbərlər

Orphus sistemi