Azərbaycanda “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis edilib

Azərbaycanda “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis edilib Əli Hüseynli: “Bu cür dialoq xüsusi əhəmiyyət kəsb edir”
Daxili siyasət
9 Sentyabr , 2016 15:46
Azərbaycanda “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis yığıncağını keçirib.

“Report”un xəbərinə görə, yığıncaqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək deyib ki, dialoq platformasının yaradılması mühüm məsələdir. Onun sözlərinə görə, bu, dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə münasibətlərinin tənzimlənməsinə xidmət edir: “Biz çox şeyi dialoqla həll edərik. Ona görə bu cür adımların atılması təqdirə layiqdir. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti ilə hər zaman dialoqa hazırdır. QHT Şurasının özü bir dialoq platformasıdır. Bugünkü dialoq platformasının məğzi isə başqadır. Bu platforma qapalı deyil, vətəndaşlara açıqdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bu cür dialoq xüsusi əhəmiyyət kəsb edir.

Ə.Hüseynli təəssüf hissi ilə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq bir qədər zəifdir: “Bugünki etimad mühitindən bir qədər səmərəli istifadə etmək lazımdır. Bu platforma ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolunu önə çəkir, işgüzar mezxanizmin qurulmasına xidmət edir. Ölkədə iqtisadi islahatlarla bağlı addımlar atılır, burada vətəndaş cəmiyyətinin rolu xüsusidir. Bir daha qeyd edirəm ki, bu işdə vətəndaş cəmiyyəti ilə dövlət qurumlarının əməkdaşlığı zəifdir. Əməkdaşlıq mühitini genişləndirməklə fəaliyyəti səmərəli etmək lazımdır”.

Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Koodinatoru Vüsal Hüseynov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı məlumat verib. O bildirib ki, “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” səmərəli, çevik mexanizm olacaq.

Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək yeni təsis edilən platforma ilə bağlı fikirlərini bildiriblər.

Tədbirdə “Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması”nın yaradıldığı elan edilib. Platformanın fəaliyyəti informasiya əldə etmək, fiskal şəffaflıq, ictimai təşkilatçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etməkdən ibarət olacaq.

Yığıncaqda platformanın reqlamenti də qəbul olunub. Reqlamentə əsasən, platformanın iclasları iki ayda bir dəfədən az olmamaq şərtilə Platformanın Koordinatoru tərəfindən tərəfindən çağırılır. Bundan əlavə, platformaya müraciət edən dövlət oranlarının, qeyri-hökumət təşkilatlarının müraciətləri cavablandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.

Memorandumu imzalayanlar aşağıdakılardır

Dövlət orqanları:

  • 1.
Əli Hüseynli Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri
  • 2.
Vüsal Hüseynov Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru
  • 3.
Kamal Cəfərov Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi
  • 4.
Azad Cəfərli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Aparat rəhbəri
  • 5.
Orxan İsayev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi
  • 6.
Rahim Rəhimov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi
  • 7.
Nicat İmanov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi
  • 8.
Zakir Hacıyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini
  • 9.
Fərasət Qurbanov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru
  • 10.
Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü
QHT təmsilçiləri:
  • 1.
Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
  • 2.
Sabit Bağırov Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
  • 3.
Rəna Səfərəliyeva Şəffaflıq Azərbaycan İctimai Birliyi
  • 4.
Vasif Mövsümov Korrupsiyaya Qarşı Mübarizə Fondu
  • 5.
Hafiz Həsənov Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi
  • 6.
Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi
  • 7.
Mirvari Qəhrəmanlı Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi
  • 8.
Abil Bayramov Mülki Cəmiyyətə Doğru İctimai Birliyi
  • 9.
Qadir İbrahimli Güzəran Sosial Araşdırmalar İctimai Birliyi
  • 10.
Ceyhun Musaoğlu “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi
  • 11.
İlham Səfərov “İnternyus Azərbaycan” İctimai Birliyi
  • 12.
Nailə Həşimova Avrasiya Əməkdaşlıq Fondu
  • 13.
Xanoğlan Əhmədov Media və Mülki Cəmiyyətə Doğru
  • 14.
Ruhəngiz Hüseynova Qadınlar Arasında Həmrəylik İctimai Birliyi
  • 15.
İsrail İsgəndərov “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
  • 16.
Əhməd Abbasbəyli Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi
  • 17.
Xalid Kazımov Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
  • 18.
Elxan Şükürlü İnformasiya, Təhlil və Planlaşdırma İctimai Birliyi
  • 19.
Novella Cəfərova D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti
  • 20.
Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
  • 21.
Səadət Bənənyarlı Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi
  • 22.
Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
  • 23.
Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi
  • 24.
Rauf Zeyni Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
  • 25.
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
  • 26.
Şəhla İsmayıl Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti
  • 27.
Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzi
  • 28.
Tamxil Hacıyev Hərbi mövzuda ixtisaslaşmış jurnalistlər İctimai Birliyi
  • 29.
Fərid Şahbazlı İslahatçı gənclər İctimai Birliyi
  • 30.
Rafik İsmayılov Vətəndaş cəmiyyəti uğrunda İctimai Birliyi
  • 31.
Samir İsayev Hüquqi Düşüncə İctimai Birliyi

Son xəbərlər

Orphus sistemi