Yuxarı

Azərbaycanda 500 nəfərə yaxın hərbçi ailəsi daimi mənzillə təmin olunub

Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən mərasimlərdə mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda 500 nəfərə yaxın hərbçi ailəsi daimi mənzillə təmin olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən, daha 500 nəfərə yaxın hərbçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub. 

Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib. 

Qeyd edək ki, bu il ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi