Azərbaycanda son bir gündə koronavirusa 471 yoluxma qeydə alınıb, 191 nəfər sağalıb

Azərbaycanda son bir gündə koronavirusa 471 yoluxma qeydə alınıb, 191 nəfər sağalıb Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daxili siyasət
20 İyun , 2020 18:20
Azərbaycanda son bir gündə koronavirusa 471 yoluxma qeydə alınıb, 191 nəfər sağalıb

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.

Son xəbərlər

Orphus sistemi