Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA “Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.
Daxili siyasət
29 Yanvar , 2020 11:43
Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

“Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

Bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov deyib.

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: “Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.

Son xəbərlər

Orphus sistemi