Bakı. 15 aprel. REPORT.AZ/ Prezident
"Report"un məlumatına görə, sərəncamla Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın Azərbaycan üzrə tərkibi aşağıdakı şəkildə təsdiqlənib:
Komissiyanın həmsədri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.
Komissiyanın üzvləri:
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.