Azərbaycan və Ukrayna hökumətlərarası komissiyasının 11-ci iclası keçiriləcək

Azərbaycan və Ukrayna hökumətlərarası komissiyasının 11-ci iclası keçiriləcək İki ölkə arasında bu barədə razılıq əldə olunub
Daxili siyasət
23 Yanvar , 2016 19:48
Azərbaycan və Ukrayna hökumətlərarası komissiyasının 11-ci iclası keçiriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan və Ukrayna iki ölkə arasında parlamentlərarası əməkdaşlığın fəallaşdırılmasının tərəfdarıdır.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenkonun Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovla görüşünün nəticələrinə dair yaydığı məlumatda bildirilir.

"Görüş zamanı, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli hökumətlərarası əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub", - deyə məlumatda qeyd edilib.

Görüşdə, həmçinin 2016-cı il ərzində Milli Məclisin sədri Oqtay Əsədovun Ukraynaya rəsmi səfərinin təşkilinin mümkünlüyünə dair məsələ müzakirə olunub.

Azərbaycan və Ukrayna yaxın vaxtlarda iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 11-ci iclasının keçirilməsinə dair razılıq əldə edib.

Son xəbərlər

Orphus sistemi