Azərbaycanla Slovakiya arasındakı əlaqələr genişlənir

Azərbaycanla Slovakiya arasındakı əlaqələr genişlənir Milli Məclisdə Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib
Daxili siyasət
9 Aprel , 2015 19:37
Azərbaycanla Slovakiya arasındakı əlaqələr genişlənir

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkədə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Bu barədə "Report"a parlamentdən məlumat verilib.

Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev ölkələr arasında mövcud olan tarixi əlaqələrdən söz açıb. Müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdəki nailiyyətlərindən bəhs edərək Çexiya ilə əməkdaşlığı genişləndirmək üçün kifayət qədər potensialın olduğunu vurğulayıb. O, həmçinin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi vacibliyini qeyd edib.

Görüşdə Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert dostluq qrupları səviyyəsində əməkdaşlığın gələcəyinə böyük ümidlərlə baxdıqlarını bildirib. Azərbaycanla ticarət-iqtisadi, mədəniyyət və turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Slovakiya Milli Şurasının nümayəndə heyəti ilə görüşdə deputatlar Sədaqət Vəliyeva, Bəxtiyar Əliyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi