Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar

Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar Azərbaycan və Rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar.
Daxili siyasət
9 İyul , 2019 15:06
Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar

Azərbaycan və Rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar.

Bu barədə "Report"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən məlumat verilib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

Səfər çərçivəsində RSXM-nin baş direktoru ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Həmçinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universiteti ilə AMEA nəzdində RSXM arasında “Elmi - texniki əməkdaşlıq” haqqında razılaşma imzalanıb.

Sənədi Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzər dənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi