Azərbaycan və Fransa prezidentləri arasında görüş olub

Azərbaycan və Fransa prezidentləri arasında görüş olub Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb
Daxili siyasət
25 Aprel , 2015 11:22
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğu ifadə edib.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi