Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yenilik tətbiq edəcək

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yenilik tətbiq edəcək Layihə parlamentin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
8 Sentyabr , 2016 12:33
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yenilik tətbiq edəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yenilik tətbiq ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə 0.7 bəndinin əlavə edilməsi təklif olunur.

Əlavə edilən bəndə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunu ilə müəyyən edilmiş dondurulması üzrə tədbirlərin görülməməsinə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarının icra edilməməsi görə vəzifəli şəxslər 8 yüz manatdan 1 min 5 yüz manatadək məbləğdə, hüquqi şəxslər isə 8 min manatdan 15 min manatadək cərimə ediləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi