Yuxarı

​Azərbaycan Sosial Demokrat Partiyasının sədr müavinləri Ermənistandadır

Onlar Sosinternin Komissiya iclasında iştirak edirlər

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədrinin insan haqları üzrə müavini Saləddin Allahverdiyev və təbliğat-təşviqat məsələləri üzrə müavini Yaşar Əsədov Ermənistana səfər edib.

ASDP sədri Araz Əlizadə "Report"a açıqlamasında deyib ki, müavinləri Yerevana solçu partiyaların ittifaqı olan "Sosialist İnternasional" ("Sosintern") beynəlxalq təşkilatının Komissiya iclasında iştirak etmək məqsədilə gediblər.

Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək iclasa Rusiyadan, Ukraynadan, Gürcüstandan, Moldovadan, Qırğızıstandan, Qazaxıstandan, Belarusdan, Macarıstandan nümayəndələr qatılacaq. Toplantıda dünyadakı münaqişələrin "həll edilməsi" və "demokratiyanın inkişafı" ilə bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, "Sosialist İnternasional" ("Sosintern") beynəlxalq təşkilatının iclası 2010-cu ildə Azərbaycanda keçirilib. İclasa Ermənistan Daşnaksütyun Partiyasının nümayəndələri və erməni deputatlar qatılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi