Yuxarı

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev qanunu imzalayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, qanunun 14-cü maddəsinin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri əlavə edilib.

Bununla da əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi