Azərbaycan Respublikasının Gürcüstandakı vətəndaşları səfirlikdə səs verirlər

Azərbaycan Respublikasının Gürcüstandakı vətəndaşları səfirlikdə səs verirlər Səfir Azər Hüseyn birinci səs verib
Daxili siyasət
26 Sentyabr , 2016 10:20
Azərbaycan Respublikasının Gürcüstandakı vətəndaşları səfirlikdə səs verirlər

Tbilisi. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-da yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı səsvermə prosesi başlayıb.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, səfir Azər Hüseyn birinci səs verib.

Tbilisidə yaşayan, habelə hazırda Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşları, eləcə də bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr səfirlikdə təşkil olunmuş seçki məntəqəsinə gələrək səsvermədə iştirak edirlər.

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində 46 saylı seçki məntəqəsi yaradılıb. 

Son xəbərlər

Orphus sistemi