Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının (
“Report”un məlumatına görə, bu, saytın dördüncü dizaynıdır.
Saytda “Xəbərlər”, “Sənədlər”, “Azərbaycan”, “Prezident”, “I vitse-prezident”, “Administrasiya”, “Müraciətlər” bölmələri və hər bir bölmənin alt bölmələri fəaliyyət göstərir.
Sayt istifadəçiləri Prezidentə, Prezident Adminstrasiyasına, dövlət orqanlarına və digər qurumlara müraciət edə, həmçinin Prezident Administrasiyasında qəbullara yazıla bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin saytı Prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə bütün informasiyanın yerləşdiyi İnternet-nümayəndəlikdir.