Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və təqdir edilir

Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və təqdir edilir “Biz dəfələrlə İlham Əliyevə beynəlxalq birlik, o cümlədən dünyanın ayrı-ayrı aparıcı ölkələrinin rəhbərləri tərəfindən xüsusi rəğbət və hörmətlə yanaşıldığının şahidi oluruq. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, Azərbaycan Prezidentinin liderlik
Daxili siyasət
9 Mart , 2022 17:55
Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və təqdir edilir
İlham Əliyev

“Biz dəfələrlə İlham Əliyevə beynəlxalq birlik, o cümlədən dünyanın ayrı-ayrı aparıcı ölkələrinin rəhbərləri tərəfindən xüsusi rəğbət və hörmətlə yanaşıldığının şahidi oluruq. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, uzaqgörənliyi, hər bir situasiyaya hazırlıqlı olması beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və təqdir edilir. Eyni zamanda, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, düşünülmüş siyasət nəticəsində Azərbaycan hər keçən gün daha da inkişaf edir. 44 günlük Vətən mühairbəsi isə cənab İlham Əliyevin həm də cəsur, məğlubedilməz və qətiyyətli bir sərkərdə kimi də dünyanın diqqət mərkəzinə gəlməsinə səbəb oldu”.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti eyni zamanda regionda və dünyada cərəyan edən mürəkkəb hadisələri vaxtında və düzgün dəyərləndirmək keyfiyyəti də sərgiləyir: “Bu isə həm onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, həm də Azərbaycanın bu təlatümlü proseslərdən itkisiz çıxmasına səbəb olur. Biz Rusiya-Ukrayna qarşıdurması fonunda cərəyan edən proseslər zamanı bunun bir daha şahidi olduq”.

V.İskəndərovun sözlərinə görə, dövlət başçısı tərəfindən vaxtında atılan addımlar, realaşdırılan düşünülmüş siyasət Ukraynada cərəyan edən son proseslərdə də öz sözünü dedi:

“Nəticədə də artıq dünyanın aparıcı ölkə rəhbərlərinin bır sıra digər strateji məsələlərlə yanaşı, Ukrayna məsələsində də Azərbaycan Prezidenti ilə fikir mübadiləsi apardıqlarının şahidi oluruq. Xəbər verildiyi kimi martın 9-da Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib. Maraqlıdır ki, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsinin aparıldığı bu görüşdə həmçinin regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olunub”.

Deputat bildirib ki, ümumiyyətlə isə bundan əvvəl İtaliya Nazirlər Şurasının sədri Mario Draqiin İlham Əliyevə zəngi, Fransa Prezidentinin, Britaniya Baş nazirinin və digərlərinin məktubları bir həqiqəti növbəti dəfə ortaya qoyur:

“Belə ki, dünyanın aparıcı ölkə rəhbərlərinin Prezidentə məktublarını, telefon danışıqlarını, görüşləri həm İlham Əliyevin, həm də Azərbaycan dövlətinin yüksək nüfuzundan, ölkəmizin beynəlxalq arenada yerinin və rolunun hər keçən gün daha da yüksəlməsindən xəbər verir”.

Qeyd edək ki, son günlər Azərbaycan fəal diplomatik siyasət həyata keçirir. Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Elə həmin gün Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan telefonda danışıblar.

Martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyevə zəng edib.

Martın 3-də Moldova Prezidenti Maya Sandu ilə Azərbaycanın dövlət başçısı arasında telefon danışığı olub.

Martın 7-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidentinə məktub ünvanlayıb.

Martın 8-də İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Martın 9-da İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

Son xəbərlər

Orphus sistemi