Bakı. 21 dekabr.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimatında deyib.
Ə.Həsənov qeyd edib ki, Ermənilər İrəvanın tarixini saxtalaşdırıb. O bildirib ki, İrəvan şəhəri Azərbaycan xalqının etnogeninin formalaşmasında rolu olub.
Prezidentin köməkçisi bildirib ki, Qərb dövlətləri də bəzən qədim şəhərlərin dağıdılmasına göz yumurlar: “Qərbin ən yaxşı cəhədi o idi ki, başqa dildən, dindən olanlara bir müddət dözümlük göstərdilər. Ancaq indi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantları, qaçqınları hansı günlərə salırlar, onlara hansı münasibəti göstərirlər, gecə ilə əllərində it və silahlarla həmin insanları didərgin salırlar, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb svilizasiyalarının tolerantlığı kimi təqdim edirlər. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamafobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq.
Bəzən həqiqətləri islamafob dairələrə başa salmağa çalışırıq. Ermənilər virtual məkanda yerləşdirdiyi məlumatlardan yüz dəfə artığını yerləşdirməliyik. Təbliğat işini gücləndirməliyik”.
O vurğulayıb ki, 20-ci əsrin əvvəllərində İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi səhv olub : “Ermənilər də oradakı abidələri məhv etdilər”.