Yuxarı

Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb

Sərəncam ümumilikdə 101 nəfərə şamil edilir

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanda Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

“Report” xəbər verir ki, sərəncam ümumilikdə 101 nəfərə şamil edilir.

Qeyd edək ki, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.

Əfv olunanlar sırasında tanınmış şəxslər, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı və "Nida" Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi