Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib.
“Report” “AzərTAc”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səs verib. Sonra xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.











