Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti
Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün reallaşdırılan layihələrin bir hissəsidir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir.
Müasir üslubda, orijinal dizaynda yaradılan bu park ilə Bakının gəzməli yerlərinə daha bir ünvan əlavə edilib. Beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində açılan bu park ölkəmizə gələn qonaqlara paytaxtımızın daha bir istirahət mərkəzinin gözəlliyini nümayiş etdirəcək.