Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası yaradılıb

    Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb

    Bakı. 3 fevral REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası yaradılıb. 

    "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb. 

    Fərman sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə imzalanıb. 

    Bunun üçün Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası yaradılıb, “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilib. 

    Bundan başqa, “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilib.

    Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görməlidir. 

    Nazirlər Kabineti isə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. 

    Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməlidir. 

    Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir və fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi