​Azərbaycan Prezidenti Xətai rayonunda fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub

​Azərbaycan Prezidenti Xətai rayonunda fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib
Daxili siyasət
4 Fevral , 2015 17:52
​Azərbaycan Prezidenti Xətai rayonunda fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub. “Report”un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.

Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi də paytaxtda və respublikamızın digər bölgələrində həyata keçirilən abadlıq və quruculuq işlərinin davamıdır. Kompleksdə müasir işıqlandırma sistemi qurulub, yeni yaşıllıq zolağı salınıb, abadlıq işləri aparılıb, əraziyə keyfiyyətli plitələr döşənib.

Son xəbərlər

Orphus sistemi