Yuxarı

Azərbaycan Prezidenti xalq şairi Zəlimxan Yaqubla vida mərasimində iştirak edib

Şair I Fəxri xiyabanda dəfn ediləcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubla vida mərasimində iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı yanvarın 11-də Təzə Pir məscidinə gələrək xalq şairinin vida mərasiminə qatılıb.

Şair I Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi