Yuxarı

Azərbaycan prezidenti və xanımı Avropa Oyunları Parkının qarşısında salınan yeni parkla tanış olublar - FOTO

Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi

Bakı. 8 İyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.

"Report"un xəbərinə görə, dövlət başçısının diqqətinə çatdırıldı ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.

Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi.

Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi