Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Azərbaycan Respublikasının dövlət himni səsləndirilib
Daxili siyasət
10 May , 2016 08:55
Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 10 may. REPORT.AZ/ Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. “Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin ruhu qarşısında baş əyib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyevin ailə üzvləri Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi