Azərbaycan Prezidenti: "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır"

Azərbaycan Prezidenti: "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır" Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam.
Daxili siyasət
10 May , 2023 10:07
Azərbaycan Prezidenti: Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır
İlham Əliyev

"Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

“Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”, - deyə Azərbaycan Prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi