Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib

    Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir

    Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

    "Hörmətli cənab Prezident,

    Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi