Azərbaycan Prezidenti Ramil Usubovun oğlunu təltif edib

Azərbaycan Prezidenti Ramil Usubovun oğlunu təltif edib Raul Usubov "İgidliyə görə" medalı ilə təltif olunub
Daxili siyasət
1 İyul , 2015 14:48
Azərbaycan Prezidenti Ramil Usubovun oğlunu təltif edib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 1-də təltif etdiyi polis əməkdaşları arasında daxili işlər naziri Ramil Usubovun oğlu da var.  

"Report" xəbər verir ki, daxili işlər nazirinin oğlu, polis polkovnik-leytenantı Raul Usubov "İgidliyə görə" medalı ilə təltif olunub. 

Qeyd edək ki, iyulun 2-də Azərbaycanda polis günü qeyd olunur. Prezident İlham Əliyev iyulun 1-də Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif olunması haqda sərəncam imzalayıb. 

Son xəbərlər

Orphus sistemi