Prezident İlham Əliyev Qusarda yol tikintisinə 1,8 milyon manat ayrıb

Prezident İlham Əliyev Qusarda yol tikintisinə 1,8 milyon manat ayrıb Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
13 İyul , 2016 18:11
Prezident İlham Əliyev Qusarda yol tikintisinə 1,8 milyon manat ayrıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması məqsədi ilə Azərbaycan 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulan vəsaitdən 1,8 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi