​Azərbaycan Prezidenti Quba Rayon İcra Hakimiyyətinə 8 milyon manat ayırıb

​Azərbaycan Prezidenti Quba Rayon İcra Hakimiyyətinə 8 milyon manat ayırıb Altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulacaq
Daxili siyasət
6 İyul , 2015 16:27
​Azərbaycan Prezidenti Quba Rayon İcra Hakimiyyətinə 8 milyon manat ayırıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi