Azərbaycan Prezidenti Polşanın dövlət başçısına məktub göndərib

Azərbaycan Prezidenti Polşanın dövlət başçısına məktub göndərib Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.
Daxili siyasət
2034
2 May , 2018 18:01
Azərbaycan Prezidenti Polşanın dövlət başçısına məktub göndərib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Polşa arasındakı əlaqələr zəngin ənənələrə malikdir. Keçən il ölkənizə səfərim zamanı strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra mühüm sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi