Azərbaycan Prezidenti Novruzəli Aslanovu təltif edib

Azərbaycan Prezidenti Novruzəli Aslanovu təltif edib O, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
Daxili siyasət
4 Mart , 2015 15:05
Azərbaycan Prezidenti Novruzəli Aslanovu təltif edib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Novruzəli Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşı da təltif olunub. Belə ki, Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abbasov Əli-Ağa Bəhmən oğlu

Ağamirzəyev Budaq Hüseyn oğlu

Cəfərova Nailə Cəfər qızı

Eyvazov Niyaz Bayram oğlu

Əliyev Rövşən Əlipaşa oğlu

Həsənov Üzeyir Oqtay oğlu

Xəlilova Sara Abdurahman qızı

Quliyeva Afət Vahid qızı

Mehdiyev Gəncəli Yahya oğlu

Mirzəyev Ceyhun Vəkil oğlu

Mustafayev Əlmirzə Əlirza oğlu

Səlim-zadə Elşən Rza oğlu

Şayev Şaban Zakay oğlu

Vəliyev Yaşar Vəli oğlu

Yusifov Rövşən Abas oğlu

Son xəbərlər

Orphus sistemi