Yuxarı

Azərbaycan prezidenti zəlzələ ilə əlaqədar Nepal xalqına başsağlığı verib

İlham Əliyev xəbərdən sarsıldığını bildirib

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Nepalda baş verən və çoxsaylı insan itkisi ilə nəticələnən zəlzələ ilə əlaqədar olaraq həmkarı Ram Baran Yadava başsağlığı məktubu göndərib.

“Report” xəbər verir ki, dövlət başçısı məktubunda dəhşətli faciə xəbərindən sarsıldığını bildirib:

“Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi