Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb

    Məcburi köçkünlər aylıq müavinəti 2016-cı il fevralın 1-dən 10 faiz artımla alacaqlar

    Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.  

    "Report" xəbər verir ki, dövlət başçısı sərəncamı məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalayıb. 

    Sərəncama əsasən, “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilən aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. 

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi