Azərbaycan Prezidenti Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.
Daxili siyasət
18 Sentyabr , 2018 12:08
Azərbaycan Prezidenti Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

"Report"un xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra dövlət başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi