Yuxarı

Azərbaycan Prezidenti Maltanın baş nazirini qəbul edib

Görüşdə Azərbaycanla Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının baş naziri Cozef Muskatı qəbul edib. "Report" xəbər verir ki, Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iki ölkə arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev baş nazir Cozef Muskatın Azərbaycana son səfərindən sonra əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını deyib.

Maltanın baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirdi.

Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi