Azərbaycan Prezidenti İtaliyanın iqtisadiyyat və maliyyə nazirini qəbul edib

Azərbaycan Prezidenti İtaliyanın iqtisadiyyat və maliyyə nazirini qəbul edib Söhbət zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin tərəfdaşlıq səviyyəsinə qalxdığı vurğulanıb
Daxili siyasət
4 May , 2015 18:51
Azərbaycan Prezidenti İtaliyanın iqtisadiyyat və maliyyə nazirini qəbul edib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pier Paolo Padoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report"un məlumatına görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin önəmi qeyd olunub, tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirilib, ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından toplantının rolu xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin tərəfdaşlıq səviyyəsinə qalxdığı və uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın siyasi, iqtisadi, mədəni, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi