Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti İmişlidə yol tikintisinə 1,1 mln. manat ayırıb

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

    "Report" xəbər verir ki, sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 mln. manat ayrılıb. 

    Maliyyə Nazirliyi bu məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi