Bakı. 9 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.