Azərbaycan Prezidenti Füzuli rayonunda yol tikintisinə 1,5 milyon manat ayırıb

Azərbaycan Prezidenti Füzuli rayonunda yol tikintisinə 1,5 milyon manat ayırıb Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolu yenidən qurulacaq
Daxili siyasət
3 İyul , 2015 15:46
Azərbaycan Prezidenti Füzuli rayonunda yol tikintisinə 1,5 milyon manat ayırıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon (bir milyon beş yüz min) manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılacaq. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Son xəbərlər

Orphus sistemi