​Azərbaycan Prezidenti: "Ermənistanda bütün azadlıqlar tapdalanıb, diktatura hökm sürür"

​Azərbaycan Prezidenti: "Ermənistanda bütün azadlıqlar tapdalanıb, diktatura hökm sürür" "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb, olmayacaq da"
Daxili siyasət
3 Aprel , 2016 15:34
​Azərbaycan Prezidenti: Ermənistanda bütün azadlıqlar tapdalanıb, diktatura hökm sürür

Bakı. 3 aprel. REPORT.AZ/ "Məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə görüntü naminə iştirak etmək istəmirik. Bunu vasitəçilərə də demişik. Ermənistan tərəfi də bunu bilir. Məsələnin həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İlham Əliyev bildirib.

O vurğulayıb ki, əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır:

"Öz ölkələrini uçuruma aparırlar. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıb, iqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanıb, diktatura hökm sürür, kriminal rejim ilk növbədə erməni xalqının qənimidir. Ona görə də onların gələcəyi qonşu ölkələrlə münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən söhbət gedə bilər ki, XXI əsrdə qonşu ölkənin torpağının 20 faizini işğal edəsən, soyqırım törədəsən. Ondan sonra da soyqırımına məruz qalan xalqı günahlandırasan ki, "biz burada atəşkəsi pozuruq". Bir daha demək istəyirəm ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb, olmayacaq da. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bunun başqa yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır".

Son xəbərlər

Orphus sistemi