Yuxarı

Azərbaycan Prezidenti Bakının Ziya Bünyadov prospektinin açılışında iştirak edib

Dövlət başçısı yolun açılışını bildirən lenti kəsib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib. “Report”un məlumatına görə, Prezident İlham Əliyev prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.

Dövlət başçısı yolun açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə” dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi