Azərbaycan Prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb Ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 50 manat məbləğində birdəfəlik yardım ödəniləcək
Daxili siyasət
30 Dekabr , 2015 14:07
Azərbaycan Prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə beş milyon üç yüz min manat ayrılacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödəniləcək. 

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılacaq.

Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etməlidir. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Son xəbərlər

Orphus sistemi