Bakı. 26 aprel.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Prezident qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub: “Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu illər ərzində özümüzü tərəfdaş təqdim edə bildik. Müstəqillik illəri dəyişiklik illəri idi. Hazırda Azərbaycanda din, mətbuat, ifadə azadlığı var”.