Azərbaycan Prezidenti: "Avropada miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olması dünya üçün böyük təhlükə yaradıb"

Azərbaycan Prezidenti: "Avropada miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olması dünya üçün böyük təhlükə yaradıb" İlham Əliyev: "Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik"
Daxili siyasət
26 Yanvar , 2016 14:35
Azərbaycan Prezidenti: Avropada miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olması dünya üçün böyük təhlükə yaradıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq ötəni il Azərbaycanda bir sıra məsələlər uğurla həll olunub. Asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq bu bizim böyük uğurumuzdur". "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, regionda baş verən münaqişələrin və Avropada miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olması dünya üçün böyük təhlükə yaradıb: "Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik. Azərbaycanın beynəlxalq nüfuzu artıb və beynəlxalq aləmdə çox fəal rol oynayır. Azərbaycana dünyada çox böyük rəğbət var. Bunu hər dəfə xarici səfərlərdə olarkən görürəm və bu dəfə Davos İqtisadi Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilən uğurlarımıza çox böyük rəğbət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir".

Prezident İlham Əliyev qeyd edib ki, ölkədə ictimai siyasi sabitlik qorunur, təmin edilir: "Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, dövlətinin maraqları hər şeydən üstündür. Bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq, xalqımız üçün isə daha yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içərisində, təhlükəsizlik şəraitdə yaşasın və inkişaf etsin". 

Son xəbərlər

Orphus sistemi