Azərbaycan Prezidenti 13 əcnəbini əfv edib

Azərbaycan Prezidenti 13 əcnəbini əfv edib "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda bəzi xarici ölkə vətəndaşlarının adı var
Daxili siyasət
17 Mart , 2016 15:33
Azərbaycan Prezidenti 13 əcnəbini əfv edib

Bakı. 17 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda bəzi xarici ölkə vətəndaşlarının adı var. "Report" xəbər verir ki, əfv sərəncamında 13 əcnəbinin adı yer alıb. Həmin əcnəbilər aşağıdakılardır:  

Baqaturi Zurab Rajdenoviç, 1959-cu ildə anadan olub, Gürcüstan vətəndaşı, Ağdaş rayon məhkəməsinin 2015-ci il 1 may tarixli hökmü ilə məhkum edilib.

Bassin Vladislav Mixayloviç, 1964-cü ildə anadan olub, İsrail Dövlətinin vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilib.

Bibin Sergey Nikitoviç, 1962-ci ildə anadan olub, Ukrayna vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 2 may tarixli hökmü ilə məhkum edilib.

Əlizehi Bəşir Seid, 1988-ci ildə anadan olub, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 12 dekabr tarixli hökmü ilə məhkum edilib.

Faridjafarnezhad Alireza Hossein, 1981-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 21 yanvar tarixli hökmü ilə məhkum edilib.

Joudi Heragh Alireza Yaghoub, 1977-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2013-cü il 4 iyun tarixli hökmü ilə məhkum edilib.

Khodjayeva Mastura Urakovna, 1968-ci ildə anadan olub, Özbəkistan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 13 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Qaşimova Zuxra Kamalovna, 1967-ci ildə anadan olub, Rusiya Federasiyasının vətəndaşı, Xaçmaz rayon məhkəməsinin 2014-cü il 29 may tarixli hökmü ilə məhkum edilib.

Mofatesh Janali Hossein, 1965-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2013-cü il 2 dekabr tarixli hökmü ilə məhkum edilib.

Rouzdar Omıd Ghorban, 1981-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 31 mart tarixli hökmü ilə məhkum edilib.

Shojae Ahmad Nasrolah, 1968-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 2 dekabr tarixli hökmü ilə məhkum edilib.

Takidze Roland Pridonoviç, 1961-ci ildə anadan olub, Gürcüstan vətəndaşı, Qazax rayon məhkəməsinin 2014-cü il 22 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Yaman Gökhan İsmail oğlu, 1984-cü ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşı, Yardımlı rayon məhkəməsinin 2015-ci il 21 avqust tarixli hökmü ilə məhkum edilib.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Son xəbərlər

Orphus sistemi