Yuxarı

Azərbaycan parlamentinin payız sessiyası başlayıb

İclasın gündəliyinə 39 məsələnin müzakirəsi daxil edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Milli Məclisin payız sessiyası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən sessiyanın ilk plenar iclası Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İclasın gündəliyində 39 məsələ var. 

İclasda müzakirə olunacaq məsələlər sırasına parlamentin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, cinayət, torpaq, mülki və inzibati xətalar məcəllələrinə, eləcə də "Diplomatik xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Torpaq bazarı haqqında", "Torpaq islahatı haqqında", "Yeyinti məhsulları haqqında", "Melorasiya və irriqasiya haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" və daha bir neçə qanuna əlavə və dəyişikliklərin edilməsi daxildir.

Qeyd edək ki, bu, Milli Məclisin IV çağırış üçün sonuncu sessiyasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi