Yuxarı
    Bağlamaq

    Azərbaycan parlamenti ABŞ Konqresinin “Azərbaycan Demokratiya aktı” layihəsinə sərt cavab verib

    Səməd Seyidov: ABŞ-ın siyasəti ermənipərəst, faktiki ermənilərin sifarişini yerinə yetirən şəxslərin girovuna çevrilmiş siyasətə çevrilib

    Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında ABŞ Konqresinə təqdim olunan və Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan “Azərbaycan Demokratiya aktı” layihəsi sərt tənqid olunub. 

    “Report” xəbər verir ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, ABŞ-ın siyasəti ermənipərəst, faktiki ermənilərin sifarişini yerinə yetirən şəxslərin girovuna çevrilmiş siyasətə çevrilib. 

    O bildirib ki, bu kimi hallar ABŞ-ın özünə mənfi təsir göstərir: “Helsinki Komissiyası ABŞ-ın ATƏT-lə əməkdaşlıq etməsi üçün yaranmış qurumdur. Kris Smit hazırladığı anti-Azərbaycan layihəsi vasitəsilə böyük təxribatların yaranması üçün əlindən gələni edir”.

    S.Səmədov qeyd edib ki, belə bir layihənin hazırlanması ermənispərəst və Azərbaycana qarşı işləyən qüvvələrin birbaşa fəailiyyəti ilə bağlı məsələdir. 

    Komitə sədri deyib ki, Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərlə bağlı bir neçə sənəd müzakirə olunacaq: "Bütün bunlar Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycan bu gün regionda sülh siyasətini əsas götürən önəmli dövlətlərdən biridir”.

    Deputat Sahib Alıyevın sözlərinə görə, Azərbayan ABŞ-la hərtərəfli əməkdaşlıq edir: “Bu da sırf iki ölkənin maraqlarına xidmət etmir. Bu bütün dünyadakı sabitliyin qorunmasına xidmət edən münasibətlərdir”.

    O bildirib ki, ABŞ-dakı erməni lobbisinin təsiri altında olan qüvvələr iki ölkə arasında olan münasibətlərə hər zaman xələl gətirməyə çalışır: “Bu kimi qüvvələr Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa təcavüz etməkdə günahlandırırlar. Halbuki təcavüzə məruz qalan, məhz bizik. Söhbət ondan gedir ki, ABŞ bölgədə müsbət rollar oynayan ölkədir. Ona görə də bu cür hərəkətlər ABŞ-ın öz maraqlarına qarşı yönəldən addımlardır”.

    Deputat Fəzail AğamalıFazil Mustafa Azərbaycanın regionda artan nüfuzunun bəzi qüvvələri narahat etdiyini vurğulayıblar: “Ona görə də bəzi ermənipərəst qüvvələr ölkəmizə qarşı bəzi mənasız fikirlərdən çıxış edirlər”.

    Deputat Qüdrət Həsənquliyev isə əlavə edib ki, bu addım erməni lobbisinə yaltaqlanmaq üçündür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi